“Korona” Baydendən əl çəkmək istəmirbackend

“Korona” Baydendən əl çəkmək istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Co Baydenin bu səhər verdiyi növbəti koronavirus testinin nəticəsi də müsbət olub. Prezident özünü təcrid etməyə davam edəcək.

Editor.az xəbər verir ki, bu barədə onun müalicə alan həkimi Kevin O’Konnor məlumat verib. Həkimin sözlərinə görə, dövlət başçısı özünü yaxşı hiss edir.
“Dünən verilən testin müsbət nəticəsini nəzərə alaraq, gündəlik monitorinqi davam etdirdik. Təəccüblü deyil ki, bu səhər onun SARS-CoV-2 antigeni üçün analizi müsbət çıxıb” – doktor O’Konnor deyib.

Dünən, iyulun 30-da cənab Baydenin koronavirusa yoluxduğu məlum olub. Bundan əvvəl – iyulun 21-də prezidentdə COVID-19 üçün test müsbət çıxmışdı. O, İki peyvənddən sonra təkrar peyvənd olunub.

Editor.az