Koronavirus bu səthlərdə 28 gün yaşayır – ARAŞDIRMAbackend

Koronavirus bu səthlərdə 28 gün yaşayır – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus infeksiyasının izləri yoluxmuş bir şəxs tərəfindən istifadə olunan gündəlik əşyalarda 28 günə qədər qala bilər.

Publika.az xəbər verir ki, Quançjou Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinin mütəxəssislərinin gəldiyi nəticə budur.

Nəticələri “Beynəlxalq İnfeksion Xəstəliklər” Jurnalında yayımlanan araşdırmada mütəxəssislər 2020-ci ilin yazında 39 COVID-19 xəstəsinin karantində olduğu hotel otaqlarını analiz edib. Bununla infeksiyanın 28 günə qədər qapalı şəraitdə yaşadığı ortaya çıxıb. Ardıcıl 4 həftə virus hamam və əlüzyuyanda tapılıb. Bu zaman kanalizasiya borularında 3 həftə, tualet oturacağında isə 2 həftə təşkil edib. Koronavirusun izləri müxtəlif səthlərdə, orta hesabla, 5 gün qalıb.