Koronavirus peyvəndi neftin qiymətini artırırbackend

Koronavirus peyvəndi neftin qiymətini artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus peyvəndi ilə bağlı xəbərlər neftin qiymətini bu bir neçə ayda ən yüksək səviyyəyə qaldıracaq.

Bunu London birjasında ICE ticarət məlumatları sübut edir.

Bakı vaxtı ilə saat 11: 22-dək, Brent markalı xam neftin yanvar fyuçerslərinin dəyəri 2 sentyabr 2020-ci ildən bəri ilk dəfə barel üçün 46 dolları keçib.

Amerika WTI xam neftinin qiyməti 43.31 dollara çatdı ki, bu da bir neçə ayın ən yüksək göstəricisidir.

Qiymətlər İngiltərənin AstraZeneca şirkəti koronavirus peyvəndinin aralıq analizinin 70-90 faiz arasında təsirli olduğunu elan etməsindən sonra artan investor nikbinliyi fonunda artıb.

Bundan əlavə, noyabrın 22-də ABŞ-ın hazırkı prezidenti Donald Tramp administrasiyasının peyvənd üzrə müşaviri Moncef Slovey, ABŞ-da peyvəndləmənin dekabrın 11-dən başlaya biləcəyini açıqlayıb.

//lent.az