Koronavirus yenidən sürətlə yayılır – Videobackend

Koronavirus yenidən sürətlə yayılır – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün dünyada 54 min 231 nəfərə COVID- 19 diaqnozu qoyulub. Bununla da koronavirus infeksiyası aşkarlanan insanların sayı 28 milyon 985 min 646 nəfər olub. Virusdan ölənlərin sayı isə 1221 nəfər artaraq 925 min 301 nəfərə çatıb. Gündəlik yoluxma sayı ən çox Hindistan, ABŞ, Braziliya, Fransa, Argentina, Peru, Meksika və Rusiyada qeydə alınıb.

Bu arada Avstriya kansleri Sebastian Kurts hazırda koronavirusa yoluxma ilə bağlı artımı pandemiyanın ikinci dalğasının başlanğıcı kimi dəyərləndirib. O qeyd edib ki, ölkədə virus aşkarlanan insanların sayı kəskin çoxalıb. Onun sözlərinə görə, gündəlik yoluxma hallarının təxminən yarısı paytaxt Vyananın payına düşür. Hökumət sabahdan bir sıra məhdudiyyətlərin sərtləşdirilməsinə qərar verib.

Mərkəzi Avropada da koronavirusa yoluxma sayı sürətlə artıb. Çexiyada ardıcıl 4 gündür mindən çox yeni yoluxma faktı qeyd alınır. Region ölkələri üçün bu göstərici rekord sayılır. Artıq bir sıra mərkəzi Avropa ölkələrində karantin qaydalarının sərtləşdirilməsinə başlanıb.

Azərbaycana qonşu olan İran və Türkiyədə də son vaxtlar infeksiyaya yoluxma sayında artım müşahidə olunur. Gürcüstan və Ermənistanda da hər gün COVID- 19 aşkarlananların sayı çoxalır.

Bu ölkələrin hökumətləri karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin sərtləşdirilməsi planları üzərində işləyirlər.