Koronavirusa görə Gürcüstanda təhsil oktyabra təxirə salındıbackend

Koronavirusa görə Gürcüstanda təhsil oktyabra təxirə salındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni növ koronavirusun yayılması ilə əlaqədar pisləşən epidemioloji vəziyyətə görə Gürcüstan hökuməti ölkənin böyük şəhərlərində məktəb və universitetlərdə tədris ilinin başlamasını 15 sentyabrdan 1 oktyabr tarixlərinə təxirə salmağa qərar verib.

TASS bu barədə Gürcüstanın Baş naziri Georgi Qaxariyanın brifinqdə açıqlamasına istinadla xəbər yayır.

“Bu gün yalnız böyük şəhərlərdə təhsil prosesinin başlanmasını iki həftəlik – 1 oktyabr tarixinə qədər təxirə salmağa qərar verdik. Bunlar Tbilisi, Kutaisi, Rustavi, Zuqdidi, Qori, Poti və Batumidir”, – deyə baş nazir bildirib.