Koronavirusa qarşı immuniteti gücləndirməyin yolu tapılıbbackend

Koronavirusa qarşı immuniteti gücləndirməyin yolu tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Suzhou Universitetinin alimləri aralıq orucun qırmızı qan hüceyrələrinin (eritrositlərin) immun funksiyasına və onların koronavirus da daxil olmaqla yoluxucu patogenlərlə mübarizə qabiliyyətinə müsbət təsir etdiyini aşkar ediblər.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri “Immunity & Aging” jurnalında təqdim olunub. Tədqiqatda 31 könüllü iştirak edib. Onlar altı gün oruc tutublar və yalnız su içiblər, sonra altı gün ərzində tədricən normal qidalanma rejiminə keçiblər. Ekspertlər iştirakçılardan bir neçə qan nümunəsi götürüblər.

Qan analizi oruc və normal qidalanma mərhələlərində eritrositlərin tərkibində əhəmiyyətli fərqlər aşkar edib. Əlavə tədqiqatlar göstərib ki, artan immunitet reaksiyasının çox hissəsi yetkin qırmızı qan hüceyrələri üçün həyati əhəmiyyət kəsb edən komplement sistemi ilə bağlıdır. Sübutlar göstərir ki, oruc tutmaq bu sistemi aktivləşdirir və bununla da qırmızı qan hüceyrələrinin immun funksiyasını gücləndirir. Oruc tutduqdan sonra qırmızı qan hüceyrələrinin SARS-CoV-2 ilə mübarizə aparmağa hazırlandığı kəşfi xüsusi diqqətə layiqdir.

//Gülnarə Abasova, Editor.az