Koronavirusa yoluxan həkim özünü pəncərədən atdıbackend

Koronavirusa yoluxan həkim özünü pəncərədən atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təcili yardım xidmətinin baş həkim müavini Natalya Lebedova koronavirusa yoluxduqdan sonra intihar edib.

Ulduz şəhərciyində yerləşən xəstəxanaya yerləşdirilmiş həkim özünü pəncərədən atıb və hadisə yerində keçinib.

Bundan öncə qadının rəhbərlik tərəfindən tənqid olunduğu bildirilirdi. Onu özünü qorumamaqda və təcili yardımın bir neçə həkimini də yoluxdurmaqda ittiham ediblər.

Qeyd edək ki, eyni hadisə Krasnoyarskda da baş verib. Veteranlar hospitalının baş həkim müavini də özünü pəncərədən atmışdı.