Koronavirusdan sağalan uşaqlarda daha bir qorxulu xəstəliklə bağlı proqnoz verildibackend

Koronavirusdan sağalan uşaqlarda daha bir qorxulu xəstəliklə bağlı proqnoz verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COVID-19 keçirmiş 10-19 yaş arası uşaq və yeniyetmələrdə 2-ci tip diabet riski yoluxmadan sonra altı ay ərzində yüksək qalır.

Oxu.Az-ın verdiyi məlumata görə bu barədə Keyz Vestern Rezerv Universiteti Tibb Məktəbinin (ABŞ) alimlərinin apardığı yeni tədqiqatdan məlum olub. Onların araşdırmalarının tədqiqatı “JAMA Network Open” nüfuzlu elmi jurnalında dərc edilib.

Bildirilib ki, genişmiqyaslı tədqiqatda 600 mindən çox yeniyetmə könüllü iştirak edib. Onlar iki bərabər qrupa bölünüblər: birinci qrupa COVID-19 keçirmiş xəstələr, ikinci qrupa isə digər respirator xəstəlikləri (KRX) keçirənlər daxil edilib. Alimlər, həmçinin piylənməsi olan iştirakçıların altqrupunun məlumatlarını ayrıca təhlil ediblər.

Nəticələr göstərib ki, COVID-19-dan sonra 2-ci tip diabet riski digər KRX-dən sonrakına nisbətən əhəmiyyətli dərəcədə yüksək olub. Üstəlik, artıq çəkisi olan uşaq və yeniyetmələrdə ciddi xəstəliyin yaranma ehtimalı daha da artıb. Sağlamlıq təhlükəsi koronavirusa yoluxmadan sonra altı ay ərzində qalıb.

Qeyd edilib ki, COVID-19 və diabeti əlaqələndirən dəqiq bioloji mexanizmlər hələ müəyyən edilməyib.

Alimlər güman edirlər ki, SARS-CoV-2 virusu mədəaltı vəzinin insulin istehsalına cavabdeh olan sistemlərin və ya onun orqanizmin hüceyrələrinə paylanmasını tənzimləyən proseslərin işini poza bilər. Lakin bu hipotezi təsdiqləmək üçün əlavə tədqiqatlar lazımdır.