Koronavirusdan sağalmış şəxslər ağır xəstələrə donor ola bilərlər – RƏSMİbackend

Koronavirusdan sağalmış şəxslər ağır xəstələrə donor ola bilərlər – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus infeksiyasından sağalmış insanlar ağır xəstələrə donor ola bilərlər.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Qan Bankının məlumatında deyilir.

Bildirilir ki, hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xəstələr var: “Aparılan təcrübə göstərir ki, bu xəstələr üçün Konvalesent İmmun Plazma müalicəsi çox effektivdir. Biz bu çətin günlərdə bir-birimizə dəstək olmaqla koronavirus (COVID-19) pandemiyasına qalib gələ bilərik”.