“Koronavirusla mübarizənin ilin sonuna qədər bitəcəyini söyləmək tezdir”backend

“Koronavirusla mübarizənin ilin sonuna qədər bitəcəyini söyləmək tezdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa qarşı mübarizə tədbirlərinin bu ilin sonuna qədər bitəcəyini söyləmək hələ tezdir.

Editor.az APA-ya istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Təcili yardım proqramının direktoru Maykl Rayan açıqlamasında deyib.

O bildirib ki, peyvənləmənin tədricən virusu təsir etməyə başladığını görürük: “Ancaq bu mərhələdə pandemiya ilə mübarizənin ilin sonuna qədər bitəcəyini söyləmək hələ tezdir”.

Oxşar açıqlama ilə ÜST-nin baş tədqiqatçısı Suma Svaminatan da çıxış edib. Onun sözlərinə görə, hazırda təşkilat peyvəndləmə fonunda ilin sonuna qədər ölüm və ağır xəstəlik hallarının azaldılacağını gözləyir.