Koronavirusla yanaşı Bakıda gəmiricilər və göbələklərə qarşı da dezinfeksiya işləri aparılırbackend

Koronavirusla yanaşı Bakıda gəmiricilər və göbələklərə qarşı da dezinfeksiya işləri aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əvvəllər vətəndaşlar dezinfeksiya işlərinə səhlənkar yanaşırdılar, ancaq son dövrlər insanlar bunun nə qədər əhəmiyyətli və ciddi olduğunu başa düşüblər.

Editor.az bildirir ki, bunu Trend-ə açıqlamasında sahibkar və dezinfeksiya işləri üzrə mütəxəssis Bəxtiyar Səmədov bildirib.

Onun sözlərinə görə, pandemiyaya görə əvvəlki illərə nisbətən indi dezinfeksiya tədbirlərinə daha çox ehtiyac var:

“Hazırda dezinfeksiya üçün daha çox fəaliyyətdə olan ictimai iaşə obyektləri, dövlət müəssisələri və müxtəlif rayonların Mənzil Kommunal Təsərrüfat Birlikləri tərəfindən müraciət alırıq. İctimai iaşə obyektləri karantin rejimi ilə bağlı müəyyən müddət fəaliyyətlərini dayandırdıqları üçün MTK-lardan müraciət daha çoxdur. Onların sifarişi ilə binaların giriş hissəsi, liftlər, pilləkənlər, qapılar və əsas da dəstəkləri dezinfeksiya olunur”.

Mütəxəssis vətəndaşların daha çox hansı istiqamətlərdə dezinfeksiya üçün müraciət etdiklərini də açıqlayıb:

“Normalda daha çox virus, bakteriya, gəmiricilər və göbələklərə qarşı dezinfeksiya işləri üçün müraciətlər olur. Vətəndaşın müraciətindən sonra əraziyə baxış keçirilir, problemin səbəbi araşdırılır, daha sonra vaxt təyin olunur və işlərə başlanılır. Ümumiyyətlə isə, dezinfeksiya işləri 3 istiqamətdə aparılır.

Dezinseksiya: ev, obyekt, kafe, restoran və istehsalat ərazilərində olan tarakan, ilbiz, taxtabiti, milçək, ağcaqanad, gənə, birə, qurdlar və digər həşəratların məhv edilməsi üçündür. Deratizasiya: siçan, siçovul və bu kimi digər gəmiricilərə qarşı mübarizə növüdür. Dezinfeksiya: bu proses xəstəlik mənbəyi ola biləcək virus, mikrob və bakteriyaların məhv edilməsi üzrə yönəlib ki, bu gün bütün ölkədə bu işlər aparılır. Prosesə görə heç olmasa, bir obyekt ən azı 8-10 gündən bir, yəni ayda üç dəfə olmaqla dezinfeksiya edilməlidir. Bir dezinfeksiya prosesindən sonra yenidən problemin yaranmayacağına təminat vermək olmur. Ona görə də davamlı olaraq bu işlər görülməlidir”.

B.Səmədov qeyd edib ki, COVİD-19-a qarşı ən yaxşı məhlul “Biocon-A” preparatıdır və dezinfeksiya işləri obyektlərə görə dəyişir:

“Dezinfeksiya işləri obyektin fəaliyyət istiqamətinə uyğun görülür. Məsələn, ərzaq mağazalarının dezinfeksiyasında məhlulu tüstü kimi üfürən aparatlardan istifadə olunur. Ofislərdə başqa püskürən, açıq havada isə sprey halında məhlul buraxan aparatlar işlədilir. Bu aparatların da özünə görə növləri var”.