Koronavirusun bitəcəyi tarix açıqlandıbackend

Koronavirusun bitəcəyi tarix açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krım Federal Universitetinin Taurida Akademiyasının biokimya kafedrasının dosenti Vladimir Oberemok deyir ki, dünyada koronavirus pandemiyası 2022-ci ildə bitəcək.

Pravda.az xəbər verir ki, alim gələn ilin qışından tədricən normal həyata qayıdacağımıza ümid edir.

“Məncə, pandemiya praktik olaraq 2022-ci ilin qış-yazında sona çatacaq. Normal həyata qayıdacağıq. İnsanların 2019-cu ildə olduğu kimi yaşayacağını düşünmürəm. Bu mənada dünya istənilən halda dəyişəcək, ölkələr arasındakı sərhədlərin açılmasına başlanılacaq”, – alim qeyd edib.

Oberemok gələn ilin yayına qədər planetin şimal yarımkürəsində kütləvi immunitetin inkişaf edəcəyinə və bunun nəticəsində koronavirus yoluxmalarının azalacağına və payızda yenidən dalğalanma olacağına, ancaq nisbətən daha az olacağına inanır. Eyni zamanda, 2022-ci ildə COVID-19 pandemiyasının sona çatması bir sıra səbəblərə görə gözləniləndir: dünyada artıq peyvəndlər və dərmanlar olacaq, bu vaxta qədər insanların çoxu bu xəstəliyə düçar olacaq və kütləvi immunitet inkişaf edəcək. Bununla yanaşı, insanlıq psixoloji olaraq koronavirusa alışmış olacaq.

“Yaxın bir neçə ildə virusun eyni alt növündən sağalanların yenidən yoluxma ehtimalı azdır. Və bu virus digər RNT ehtiva edən viruslarla müqayisədə çox tez dəyişmir”, – virusoloq əlavə edib.

Bundan əlavə, onun fikrincə, xəstəlik zəifləyəcək, yəni ölüm halları əvvəlki qədər yüksək olmayacaq.Publika