Koronavirusun mutasiyası və peyvənd çatışmazlığı daha çox ölümlə nəticələnə bilərbackend

Koronavirusun mutasiyası və peyvənd çatışmazlığı daha çox ölümlə nəticələnə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni növ koronavirusun (COVİD-19) mutasiyası və peyvəndlərin paylanmasının gecikməsi daha çox ölümlə nəticələnə bilər.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu BMT Baş katibi Antoniu Quterreş yüksək səviyyəli “Davos Gündəmi” tədbirində çıxışı zamanı deyib.

A.Quterreş bildirib: “Virusun mövcud peyvəndlərə qarşı davamlı ola biləcək daha yoluxucu və ölümcül variantlara mutasiyası ilə bağlı real təhlükə var”.

Bununla əlaqədar BMT-nin Baş katibi peyvənd istehsalının əhəmiyyətli dərəcədə artırılmasına və eyni zamanda onların hər kəs üçün əlçatan olmasını təmin etməyə çağırdı: “Peyvəndlər yüksək gəlirli ölkələr sürətlə çatdırılır, digər kasıb ölkələrdə isə peyvənd çatışmazlığı yaranır”.