Koronavirusun yeni əlaməti aşkarlandıbackend

Koronavirusun yeni əlaməti aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yüzlərlə insanın pandemiyanın zəiflədiyini düşündüyü ərəfədə koronavirusun yeni simptomu aşkarlanıb.

Koronavirusun quru öskürək və qızdırmadan əlavə daha bir əlaməti müəyyənləşdirilib. Bu barədə məlumatı “Mirror” nəşri yayıb.

Araşdırmalara görə artıq qarın nayihəsində ağrıların baş verməsi də Covid-19-un əlamətləri sayılır. Belə ki, Avstraliyanın Kvinslend ştatında yaşayan 37 yaşlı tibb işçisinin qarnında baş verən şiddətli ağrılardan sonra onun koronavirus testinin müsbət çıxması iddiaları daha da gücləndirib.

Qeyd edək ki, koronavirusun simptomları ilə bağlı mətbuatda yüzlərlə informasiya var. Amma bugünədək Covid-19-la bağlı dəqiq nəticəyə gəlmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, koronavirus infeksiyası ötən ilin noyabr ayında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

//milli.az