Koronavirus xəstələrinin sağalma müddətindən sonrakı 6 aylıq dövrün təsirləri barədə məlumatlar ilk dəfə açıqlanıb. Nəfəs darlığı, unutqanlıq, zəiflik, əzələ və oynaq ağrıları tez-tez müşahidə olunur.
Yeni növ koronavirusun (Covid-19) təsiri xəstəliyi keçirən insanlarda da davam edə bilir.
Editor.az Haberglobal-a istinadən xəbər verir ki, Ankara və Əskişəhərdə ilk dəfə sınaqdan keçirilmiş koronavirus İzləmə Mərkəzlərinin araşdırmalarına görə, ilk 3 ayda nəfəs darlığı, əzələ ağrısı və unutqanlıq şikayətləri müşahidə edilib.Tədqiqat çərçivəsində xəstəlikdən xilas olan 530 nəfər təqib edilib. Araşdırmada 6 aya qədər davam edən yorğunluq, halsızlıq və öskürək şikayətləri müşahidə edilib. Şikayətlərə daha çox xroniki bxəstəliyi olan və koronavirusdən xilas olanlarda rast gəlinir. İmmunitet sistemi çatışmazlığı, hipertoniya, şəkərli diabet və KOAH səbəb olan xəstəlikləri olan xəstələrdə uzun müddətli təsirlər görülür. Davam edən şikayətlərini təyin etmək üçün təxminən 2 ilə yaxın Covid-19 xəstələrini təqib edəcəklərini söyləyən Covid-19 İzləmə Mərkəzi Müdiri Prof. Dr. Cenk Aypak bildirib ki, xəstələrimizi mərkəzə ilk ziyarətlərinin ilk, üçüncü və altıncı aylarında 6 aylıq bir müddətdə izləyirik.
Cenk Aypak təqib etdikləri 530 xəstədə davam edən şikayətlər haqqında məlumat verib:
“Xəstələrdə ən çox görülən şikayətlər nəfəs darlığı, yorğunluq, halsızlıq, əzələ və oynaq ağrıları və ürək ağrılarıdır. Bundan əlavə unutqanlıq şikayətləri ilə də qarşılaşırıq , yaddaş pozğunluğu və yuxu pozğunluqları. Covid-19-un sağalmasından sonrakı ilk 3 ayda gördüyümüz ən çox görülən şikayətlər nəfəs darlığı, əzələ ağrıları və unutqanlıqdır. 6 aya qədər davam edən yorğunluq və zəiflik, öskürək şikayətləri olur”.
Professor koronavirusa qarşı sosial toxunulmazlıq qazanmaq üçün hər kəsi peyvəndləməyə çağırıb:
“İki ilə yaxın Covid-19 epidemiyası zamanı qazandığımız təcrübəyə sahibik. Burada sosial məsafə, maska gigiyena tədbirlərindən əlavə, elmi işlər əsasında bu xəstəliyə, ölümcül ağırlaşmalara qarşı peyvəndləmənin təsirini də görürük. Bu səbəbdən vətəndaşlara peyvənd olunmağı tövsiyə edirik.”
//Gülnarə Abasova, Editor.az

