Korotçenkodan Brüssel açıqlaması: İrəvan bunları edəcək!backend

Korotçenkodan Brüssel açıqlaması: İrəvan bunları edəcək!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Ermənistan arasında sülh sazişi yalnız Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü 5 fundamental baza prinsipinə əsaslanmalıdır.

Bunu hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

Ekspert Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü 5 siyasi prinsipin təsir gücü və Ermənistanın gələcəyi haqqında danışıb:

“Biz bilirik ki, İlham Əliyev savadlı diplomatdır, ona görə də beynəlxalq hüquq normalarına uyğun hüquqi tənzimləmələr onun güclü peşəkar tərəfidir. Onun formalaşdırdığı prinsiplər Rusiya tərəfindən tam dəstəklənir və ən əsası, beynəlxalq hüququn bütün prinsiplərə cavab verir. Ermənistan Əliyevin irəli sürdüyü şərtlərlə sülh sazişi imzalamağa məcbur olacaq, çünki başqa variant yoxdur”.

Onun sözlərinə görə, Ermənistanı mövcud reallıqları qəbul etməyə məcbur etmək üçün diplomatiya və güc tədbirləri gec-tez öz nəticəsini verəcək:

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyacaq, sülh müqaviləsi imzalayacaq, Konstitusiyasına dəyişikliklər edəcək, orada Azərbaycan torpaqlarına qarşı ərazi iddialarından əl çəkəcək və sivil inkişaf yoluna qədəm qoyacaq. Ermənistan bunu etməsə, onun tarixi və geosiyasi perspektivləri kədərli ola və bu dövlət siyasi xəritədən silinə bilər”.

Politoloq Rusiya və Azərbaycanın eyni mövqedən çıxış etdiyi üçün ATƏT-in Minsk qrupunun bərpa olunmayacağını vurğulayıb və deyib ki, üzvləri boşboğazlıq, diplomatik turizmlə məşğul olduqlarına görə bu qrup 30 il ərzində səmərəsiz olub.

Rusiyalı ekspert vurğulayıb ki, rəsmi İrəvanın sülh yolu ilə nizamlanma prosesini uzatmaq, hətta ola bilsin ki, təxirə salmaq istəyinə baxmayaraq, tərəflər siyasi konsensusa gələcəklər:

“Şübhəsiz ki, Əliyevin ardıcıl siyasəti və erməni tərəfinin təqsiri ucbatından çətinliklə reallaşdırılan sazişlərə əsaslanan Azərbaycan diplomatiyası sonda uğurlu nəticə ilə yekunlaşacaq. Sülhün alternativi yoxdur və Ermənistanın prosesi ləngitmək və ya pozmaq cəhdləri uğursuzluğa məhkumdur”.

İ.Korotçenko diqqətə çatdırıb ki, Azərbaycan beynəlxalq hüquq normalarına istinad etdiyindən, Ermənistan isə millətçiliyə meyilli olduğundan proses çətin keçəcək.

Report