Körpü uçdu, 6 nəfər öldübackend

Körpü uçdu, 6 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində Frensis Skott Key körpüsünün uçması nəticəsində 6 nəfərin öldüyü güman edilir.

Editor.az bildirir ki, “Brawner Builders” tikinti şirkətinin icraçı vitse-prezidenti Cefri Pritskerə istinadən NBC News xəbər verir. Pritzker bildirib ki, bir nəfər xilas edilib. O, başqa təfərrüatları açıqlamayıb. Merilend ştatının qubernatoru Ues Mur bu yaxınlarda körpüyə çırpılan yük gəmisinin heyətinin xilas ediləcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, martın 26-da Sinqapur bayrağı altında üzən yük gəmisi körpünün bazasına çırpılıb. Toqquşmadan sonra gəmi alovlanaraq batıb. Baltimor Yanğınsöndürmə İdarəsi bildirib ki, hadisə zamanı keçiddə 7 inşaat işçisi işləyib. Ues Mur bölgədə fövqəladə vəziyyət elan edib. Uçan körpünün altından suda üç minik avtomobili və bir sement maşını da daxil olmaqla, beş nəqliyyat vasitəsi tapılıb. NBC-nin qeyd etdiyi kimi, səlahiyyətlilər avtomobillərdə insanların olmadığını düşünürlər. ABŞ prezidenti Co Bayden deyib ki, Ağ Evin körpünün çökməsinin qəsdən törədildiyinə inanmaq üçün heç bir əsası yoxdur.

//Samir Qurbanov, Editor.az