Körpü uçuldu, 60 nəfər həlak oldubackend

Körpü uçuldu, 60 nəfər həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın qərbindəki Qucarat ştatının Morbi şəhərində Maçxa çayı üzərindən keçən piyada körpüsünün uçması nəticəsində azı 60 nəfər həlak olub.

Editor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Səlahiyyətlilər çökmə zamanı çayın üzərindəki asma körpünün üzərində 150-dən çox insanın olduğunu bildiririrlər. Deputat Mohan Kundariaya görə indiyə qədər 60 ölüm təsdiqlənib. Digər rəsmilər ən azı 30 nəfərin yaralandığını bildiriblər.

Qeyd edək ki, 230 metrlik tarixi körpü 19-cu əsrdə Britaniya hakimiyyəti dövründə tikilib. Altı aylıq təmirdən sonra körpü keçən həftə ziyarətçilərin üzünə açılmışdı. Morbi Hindistanın keramika istehsalının 80%-dən çoxunu təşkil edən dünyanın ən böyük keramika istehsalı qruplarından biridir. Hadisə, bu ilin sonuna qədər Qucaratda keçiriməsi gözlənilən seçkilər ərəfəsində baş verib. Baş nazir Narendra Modinin hakim partiyasının səlahiyyətləri isə 2023-cü ilin fevralında sona çatır.

  //Samir Qurbanov,Editor.az