Korrupsiyada ittiham olunan Nyu Cersi ştatından olan ABŞ senatoru, Demokratlar Partiyasının nümayəndəsi Robert Menendes Konqresi tərk etməkdən imtina edib.
Sentyabrın 22-də o, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri vəzifəsindən istefa verən senator “Mən qəti şəkildə inanıram ki, bütün faktlar təqdim edildikdə, nəinki bəraət qazanacağam, həm də Nyu Cersidən baş senator olaraq qalacağam”, – deyib.
O, evindəki paltar şkaflarında gizlədilən nağd pul əmanətlərinin olmasına münasibət bildirərək, bununla da qazanclarının qanunsuz olaraq müsadirə olunmasından özünü qoruduğunu bildirib. “Bu, köhnə dəbdə görünə bilər, lakin bu, mənim şəxsi əmanət hesabımdan həmin 30 il ərzində qanuni olaraq qazandığım gəlirə əsaslanan puldur”, – senator vurğulayıb.
//Samir Qurbanov, Editor.az

