Kosmosda Türk izi: TÜRKSAT 6A kosmosa buraxıldıbackend

Kosmosda Türk izi: TÜRKSAT 6A kosmosa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin kosmosdakı ilk yerli və milli rabitə peyki olan TÜRKSAT 6A, Türkiyə vaxtı ilə saat 02.30-da ABŞ-ın Florida ştatındakı Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından Space X şirkətinin Falcon 9 raketi ilə orbitə buraxılıb.

Editor.az xəbər verir ki, Peyk orbitə buraxıldıqdan sonra Prezident Rəcəb Tayyib Ərdoğan mərasimə videomüraciət göndərib.

Videomüraciətdə deyilir: “Türksat 6A ilə peyk istehsalında yeni mərhələyə keçdik. 6A ilə Türksatın bölgəyə peyk xidməti ixracatının əhəmiyyətli dərəcədə artacağına inanırıq. Türksat 6A peyki ölkəmiz üçün, millətimiz üçün, televiziyamız üçün olacaq “Ümid edirəm ki, nəşriyyatımız üçün faydalı olacaq və layihədə əməyi olanlara təşəkkür edirəm.”

//Samir Qurbanov, Editor.az