Kosovo Avropa Şurasına üzvlük üçün müraciət edibbackend

Kosovo Avropa Şurasına üzvlük üçün müraciət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kosovo Avropa Şurasına rəsmi üzvlük üçün müraciət edib.

Editor.az xəbər verir ki, Kosovonun Xarici İşlər və Diaspora Naziri Donika Qervalla sosial media hesabından paylaşdığı videomüraciətdə bu barədə məlumat verib.

“Bu gün Avropa Şurası Parlament Assambleyasının və nəhayət Nazirlər Şurasının müxtəlif mərhələlərindən keçəcək sorğumuzun ekspertiza proseduru başlayır. Kosovo regionun ən demokratik, avropapərəst və optimist ölkəsidir. Ona görə dəən qısa zamanda Avropa Şurasına üzv olmağa layiqdir”,-deyə o, bildirib.

Kosovonın müraciətinə Serbiyadan da reaksiya gəlib.

Kosovonun Şuraya üzvlük müraciətinə reaksiya verən Serbiya prezidenti Aleksandr Vuçiç Priştina bu addımın Vaşinqton, Brüssel müqavilələrinə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə zidd olduğunu bildirib.

Vuçiç bu müraciətin arxasında əsas Qərb ölkələrinin olduğunu bildirib. O, qeyd edib ki, Kosovonun bu hərəkətinə siyasi cavab vermək üçün hər şeyi edəcəyik.

Qeyd edək ki, Ukraynaya hücumlardan sonra Rusiyanın təşkilatdan çıxarılması Kosovonun Avropa Şurasına üzv olmaq üçün müraciət etməsinə şərait yaradıb.

//Nəzərbəy, Editor.az