Kosovonun şimalındakı Kosovska Mitrovets şəhəri yaxınlığında iki partlayış baş verib. Bundan əlavə, 15 dəqiqə ərzində Qazivod şəhəri yaxınlığında atışma səsləri eşidilib.
Editor.az bildirir ki, bu barədə “Veçerniye Novosti” qəzeti xəbər verir. Xəbərə görə, dekabrın 10-da axşam saatlarında Zveçan kəndində partlayışlar baş verib. Stuos kəndində atışma səsləri eşidilib. Toqquşma və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, bir gün əvvəl, dekabrın 10-da yüzlərlə etnik serb Kosovonun şimalında yolda barrikadalar qurmuşdu. Onlar Serbiya istiqamətində iki əsas sərhəd keçidi vasitəsilə nəqliyyatın hərəkətini kəsmişdilər. Yarine keçid məntəqəsindəki Kosovo polisi onlar tərəfdə olan girişi bağlayıb.
Etirazlara keçmiş etnik serb polisinin həbsi səbəb olub. O, Kosovo polis əməkdaşlarına hücumlarda şübhəli bilinir. Serbiya NATO sülhməramlılarından BMT Təhlükəsizlik Şurasının qətnaməsinin müddəalarına uyğun olaraq Kosovoda serb hərbçiləri və polislərini yerləşdirməyə icazə vermələrini xahiş etmək niyyətindədir.
//Samir Qurbanov, Editor.az

