Kosta Rikada təcili eniş edən yük təyyarəsi ikiyə bölünübbackend

Kosta Rikada təcili eniş edən yük təyyarəsi ikiyə bölünüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın DHL yük şirkətinə məxsus “Boeing 757” təyyarəsi Kosta Rikanın paytaxtı Xuan Santamariya hava limanından qalxdıqdan qısa müddət sonra nasazlıq yaşayıb.

Editor.az İHA xəbər agentliyinə istinadən məlumat verir ki, təcili eniş edən təyyarə yerə çırpılaraq iki yerə bölünüb. Hadisə zamanı təyyarədə olan iki ekipaj üzvü xəsarət almayıb. Qəza səbəbi ilə ölkənin ən böyük hava limanının fəaliyyətində problemlər yaranıb.

//Editor.az