Kovalenko: Rusiya Kiyevə 500-dən çox dronla zərbə endirə bilərbackend

Kovalenko: Rusiya Kiyevə 500-dən çox dronla zərbə endirə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son iki gecə ərzində Rusiya ordusu Ukraynaya qarşı hava hücumlarının intensivliyini xeyli azaldıb. Bu isə mümkün genişmiqyaslı hücum öncəsi silah ehtiyatlarının toplanmasına işarə edir. Bu barədə hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko məlumat verib.

Onun sözlərinə görə, iyulun 17-nə keçən gecə Rusiya 64 ədəd drondan istifadə edib və bu, təxminən 140 dronun ehtiyatda saxlanıldığını göstərir. İyulun 18-nə keçən gecə isə hücumda cəmi 35 dron iştirak edib və 170-ə yaxın pilotsuz uçuş aparatının toplanması ehtimal edilir.

Ekspert bildirir ki, hazırda Rusiyanın Shahed-136, “Gerbera” və “Parodiya” tipli pilotsuz uçuş aparatlarından ibarət ehtiyatı 500-dən çox ola bilər.

“Zərbələrin azalması Rusiyanın zəifləməsi deyil, hücum potensialını artırması deməkdir”, – deyə Kovalenko vurğulayıb.

//Samir Qurbanov, Editor.az