“Kral Group” Bakı Ekspo Mərkəzində uğurla təmsil olundu-Videobackend

“Kral Group” Bakı Ekspo Mərkəzində uğurla təmsil olundu-Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
18-21 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”keçirilib.
“Kral Group”un stendi  Bakı Ekspo Mərkəzində  maraqlı qarşılanıb
 media-700
XALQ  məlumat verir ki, Bakı Ekspo Mərkəzində keçirilən 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” çərçivəsində Kral Group-un stendi iştirakçılar və qonaqlar tərəfindən böyük maraqla qarşılandı.
 Bu barədə “Kral Group”un  rəhbəri Rövşən Tağıyev məlumat verib. O bildirib ki,stendizə yaxınlaşaraq məlumat alan rəsmi şəxslər arasında Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev, İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov, KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, Kapital Bank ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə və MARSOL Group-un rəhbəri Tural Mustafayev yer alıblar.
Görüş zamanı Kral Group-un tərkibində fəaliyyət göstərən Kral SR Construction, Kral Rent a Car, Fintech Lizing və Kral Təbabət şirkətləri haqqında ətraflı məlumat təqdim olunub.
media-rov
Yerli sahibkarlığın inkişafına töhfə vermək məqsədi daşıyan bu tədbirdə iştirak etdiyimizə görə məmnunuq deyə  Rövşən Tağıyev bildirib.

XALQ.az