Kral III Çarlz: Müharibə bəlası Avropaya yenidən qayıdıbbackend

Kral III Çarlz: Müharibə bəlası Avropaya yenidən qayıdıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya kralı III Çarlz Almaniya parlamenti qarşısında çıxış edib.

Editor.az xəbər verir ki, bu barədə “The Washington Post” yazıb. Həmin tarixi çıxışında Kral müharibə bəlasının yenidən Avropaya qayıtdığını xüsusi olaraq vurğulayıb: “Ukraynaya qarşı aqressiv müharibə bu qədər insana ağlasığmaz iztirablar gətirdi. Avropanın təhlükəsizliyi bizim demokratik dəyərlərimizlə bərabər təhlükə altındadır”, – Çarlz deyib.

O qeyd edib ki, Almaniya və Böyük Britaniya Avropanın Ukraynaya ən böyük donorları kimi bu coğrafiyada aparıcı rol oynayır. Bu səbəbdən Ukraynanı, azadlığı və demokratiyanı müdafiə etmək üçün birliyimizdən cəsarət götürək”, deyə o, çağırış edib.

Gah alman, gah da ingilis dillərində danışan Çarlz “iki ölkəmiz arasında xüsusi dostluq bağlarını yeniləmək üçün” Berlində olmaqdan qürur duyduğunu söyləyib. Almaniya prezidenti Frank-Valter Ştaynmayer isə bildirib ki, Çarlzın tacqoyma mərasimindən əvvəl ölkəyə səfər etməsi Almaniya üçün güclü bir Avropa jesti olub.

//Samir Qurbanov,Editor.az