Mayın 23-də pilotsuz təyyarələr Rusiya Federasiyasının Krasnodar vilayətində yerləşən hərbi hissələrindən birinə hücum edib.
Editor.az bu barədə Rusiyanın “Astra” nəşrinə istinadən xəbər verir: “PUA-lar Krasnodar diyarında yerləşən 818-ci əlahiddə radiotexnika mərkəzinin hərbi hissəsinə hücum ediblər”, – məlumatda deyilir. Bundan əlavə, “Astra” müəyyən etdiyi kimi, mayın 23-də səhər saatlarında pilotsuz təyyarələr Krasnodar diyarının Qlubokiy kəndindəki 41003 saylı hərbi hissənin ərazisinədə hücum edib.
Hücumdan sonra yanğın baş verib. “RBC-Ukrayna” mənbələrinin məlumatına görə, radiotexnika mərkəzinə hücumu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi təşkil edib.
//Samir Qurbanov, Editor.az

