Krasnodar diyarının Temryuk rayonunda neft anbarı yanırbackend

Krasnodar diyarının Temryuk rayonunda neft anbarı yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 31-nə keçən gecə hava hücumu nəticəsində Rusiya Federasiyasının Krasnodar diyarının Temryuk rayonunda neft anbarı yanıb.

Editor.az bildirir ki, bu barədə vilayətin qubernatoru Veniamin Kondratyev Telegram-da məlumat verib. Kondratyev iddia edir ki, bölgənin bir neçə bələdiyyəsində “pilotsuz təyyarələrin kütləvi hücumu dəf edilib.

Novorossiyskdə xüsusi təyinatlılar əraziyə baxış keçirir və ilkin məlumata görə, tələfat və dağıntı yoxdur. Qubernatorun sözlərinə görə, hava zərbəsi nəticəsində neft bazasının infrastrukturuna ziyan dəyib. Temryuk bölgəsində vəziyyət daha ciddidir. Hazırda neft məhsulları olan üç çən söndürülür, əməkdaşlar evakuasiya edilir”, – Kondratyev yazıb.

//Samir Qurbanov, Editor.az