Krasnodar vilayətində neft bazası yanırbackend

Krasnodar vilayətində neft bazası yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krasnodar diyarında dronun fraqmentləri qalıq neft məhsulları olan çənin üzərinə düşüb və yanğın başlayıb.

Editor.az bildirir ki, bu barədə vilayətin qubernatoru Veniamin Kondratyev öz Telegram kanalında məlumat verib. “Kanevski rayonunun Novominskaya kəndində PUA qalıqları neft məhsullarının kiçik qalıqları olan çənin üzərinə düşüb. Yanğın başlayıb, ona ikinci mürəkkəblik dərəcəsi verilib”- Veniamin Kondratiyev bildirib.

Xilasedicilər Ukraynaya məxsus pilotsuz təyyarənin qəzaya uğradığı yerdə işləyir, 55 nəfər və 19 texnika yanğını söndürür. Hazırda yanğın lokallaşdırılıb və ilkin məlumatlara görə, tələfat yoxdur, bölgə qubernatoru əlavə edib.

//Samir Qurbanov, Editor.az