Krasnodar vilayətindəki hərbi aerodrom vuruldu, “Su-27” təyyarəsi yararsız hala düşdübackend

Krasnodar vilayətindəki hərbi aerodrom vuruldu, “Su-27” təyyarəsi yararsız hala düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 19-na keçən gecə Rusiya Federasiyasının Krasnodar vilayətindəki Kuşçevskaya hərbi aerodromuna endirilən zərbə nəticəsində “Su-27” təyyarəsi zədələnib.

Editor.az bildiir ki, bu barədə Rusiyanın “Astra” nəşri yazıb. Ən azı üç pilotsuz təyyarə Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən vurulmayıb və Kuşçevskaya kəndindəki hərbi aerodrom ərazisinə düşüb.

Hücum nəticəsində yanğın baş verib və Rusiyanın səsdən sürətli “Su-27” qırıcısı və aerodrom infrastrukturu zədələnib, – nəşr izah edir. UTX Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistem Qüvvələri ilə birlikdə cəbhədəki Ukrayna mövqelərinə hücum edən onlarla müxtəlif təyyarənin yerləşdiyi Krasnodar diyarında aerodroma hücum edib.

Qeyd olunur ki, bu, son üç həftə ərzində Kuşçevskayadakı hərbi aerodroma ikinci hücumdur.

//Samir Qurbanov, Editor.az