Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRARbackend

Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Bankın İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nı təsdiq edib. Yeni qərara əsasən, BOKT-lər üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb.

Bu tələb nəyə hesablanıb? Əsas məqsəd vətəndaşları, yoxsa BOKT-ları qorumaqdır?

Yenisabah.az-a danışan iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, yeni qərar bank olmayan kredit təşkilatlarının maliyyə imkanlarının artırılması üçündür:

“Bank olmayan kredit təşkilatları üçün əvvəlki nizamnamə fondunun kapital tələbi 300 min manat idi və bu, kiçik məbləğ sayılırdı. BOKT-ların nizamnamə kapitalının artırılması bu təşkilatların arzu və istəklərinə uyğun deyil. Bu daha çox sözügedən təşkilatların qurum kimi güclənməsi, onların maliyyə imkanlarının artırılması üçündür. Mərkəzi Bank deyir ki, bank olmayan kredit təşkilatlarının səhəmdarları ortaya daha çox pul qoysun. 300 min nə puldur?! Onsuz da fəaliyyət göstərən bir çox BOKT-ların nizamnamə kapitalı onsuz da yüksəkdir və onlar üçün problem yoxdur”.

Ekspertin fikrincə, yeni qərar BOKT-ların vətəndaşlar üzərinə kəskin yüklənməsinin qarşısını alacaq:

“Kiçik BOKT-lar var ki, onların sahibkarları ortaya əlavə investisiya qoymalıdır. Bu həm bank olmayan kredit təşkilatlarının fəaliyyətinin keyfiyyətini yaxşılaşdırır, həm də sahibkarların məsuliyyətini artırır. Bu qərar normaldır və BOKT institutunun gücləndirilməsinə yönəlib. Burada BOKT-lərin nizamnamə kapitalının artırılmasından əlavə, onların kreditləşməsi və fəaliyyəti üzərində nəzarətin artırtılması ilə bağlı da tələblər var. Bu isə vətəndaşların kəskin yüklənməsinin qarşısını alacaq. Digər tərəfdən isə, biznesə daha çox pul qoyanda sahibkarın məsuliyyəti də artır”.