Kreml: Ərdoğan-Putin görüşünə hazırlıq gedir- Əsas müzakirə mövzusu nə olacaq?backend

Kreml: Ərdoğan-Putin görüşünə hazırlıq gedir- Əsas müzakirə mövzusu nə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitriy Peskov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tezliklə Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Rusiyaya gələcəyini söyləyib.

Editor.az  “Sputnik”ə istinadən xəbər verir ki, onun səfərinə hazırlıq işləri gedir.

Ərdoğanın Rusiya səfəri zamanı Putinlə görüşünün məzmunu ilə bağlı suala isə Peskov belə cavab verib:

“Gündəmimiz çox geniş olacaq, çünki ölkələrimiz arasındakı əlaqələr çoxşaxəlidir. İkitərəfli münasibətlərdən başlayaraq, liderlərin bu mövzuda həmişə danışacaqları bir çox məsələ var”.

Rusiyanın Soçi şəhərində təşkil ediləcəyi bildirilən görüşün əsas müzakirə mövzusu İdlib olacağı qeyd edilib.  Rusiyaya planlaşdırılan iki günlük səfər isə Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasına qatılmaq üçün Nyu Yorka səfərindən sonra baş tutacağı qeyd edilir.

Qeyd edək ki, Ərdoğanın ABŞ səfəri 19-22 sentyabr tarixlərinə qədər davam edəcək.

//Gülnarə Abasova, Editor.az