Kreml Abramoviçlə bağlı qərarını verdibackend

Kreml Abramoviçlə bağlı qərarını verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı milyarder Roman Abramoviçlə bağlı yeni iddia ortaya çıxıb. Editor.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki,  rus müxalifətçi Kseniya Sobçak bildirib ki, Kreml tərəfindən Abramoviçin adının hallandırılması qadağan edilib.

İngiltərə mətbuatı isə mövzü ilə bağlı araşdırma aparıb. Britaniyanın “Daily Mail” qəzetinin məlumatına görə, “Moskva-24”, TASS və digər böyük hökumətyönlü media qurumlarına bu barədə Rusiya hökuməti tərəfindən xüsusi göstəriş verilib. Adları açıqlanmayan bir neçə mənbədən bildirilib ki, martın 30-dan Kremlindən gələn əmrə əsasən artıq Abramoviçin danışıqlarda iştirakından danışmırıq.

Qeyd edək ki, qəzet təhlükəsizlik baxımından bu şəxslərin adlarının açıqlanmasına razı olmadığını vurğulayıb.

//Nəzərbəy Hacıağayev, Editor.az