Kreml: “ABŞ gediləcək ölkə deyil, Putin BMT Baş Assambleyasına qatılmayacaq”backend

Kreml: “ABŞ gediləcək ölkə deyil, Putin BMT Baş Assambleyasına qatılmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Nyu-Yorkda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına qatılmayacağını bildirib

Editor.az xəbər verir ki, Kremlin sözçüsü Peskov Sputnik-ə açıqlamasında Rusiya lideri Putinin BMT Baş Assambleyasının 79-cu iclasında iştirakı ilə bağlı məsələyə aydınlıq gətirib.

Peskov Putinin son illərdə ABŞ-a səfər etmədiyini xatırladaraq deyib: “Hazırda ABŞ BMT-nin mənzil-qərargahına ev sahibliyi edən ölkə kimi üzərinə götürdüyü öhdəlikləri ən yaxşı şəkildə yerinə yetirmir. Hazırda ABŞ səyahət üçün yaxşı yer deyil”.

Bundan əvvəl Rusiya lideri BMT Baş Assambleyasının sentyabrın 22-23-də Nyu-Yorkda keçiriləcək 79-cu sessiyasında iştirak edəcək 10 nəfərlik Rusiya nümayəndə heyətinin siyahısını təsdiqləyib. Nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək. Moskva xüsusilə BMT-yə gedən diplomatlar üçün ABŞ vizalarının verilməsində yaşanan problemlərə dəfələrlə diqqət çəkib və bu kontekstdə ABŞ-a qarşı arbitraj prosesinin başlanması lazım olduğunu bəyan edib. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski BMT baş katibinin bu prosedura ən qısa zamanda başlamasını gözlədiklərini bildirib.

//Gülnarə Abasova, Editor.az