“Kreml administrasiyası proseslərlə barışmaq istəmir”-ŞƏRHbackend

“Kreml administrasiyası proseslərlə barışmaq istəmir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın gün ərzində Ukraynaya atdığı çoxsaylı raketlərdən ikisi Polşa ərazisinə düşüb. Bu hadisədən əvvəl Xersona səfər edən Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə sülhə hazır olduqlarınl qeyd etmişdi.

Maraqlıdır, bir müddət əvvəl Rusiya sülh danışıqlarına maraqlı olmasına baxmayaraq indi bu təxribatlara əl atmasında səbəb nədir?

Mövzu ilə bağlı Editor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki,  Ukrayna prezidenti Volodimir Zelenski ərazilərin tam şəkildə bərpası, missiyanın ödənilməsi, Ukraynaya qarşı güc tətbiq edilməsi ilə bağlı məsələlər həllini taparsa, Rusiya ilə sülhün mümkün olduğunu vurğulayıb:

“Rusiyanın Polşaya raket atmasında digər məqamlar da var. Rusiya əvvəldən danışıqlarda maraqlı idi. İndi isə həm Kiyevi, həm də Polşanı raket atəşinə tutdu.
Bu onu göstərir ki, Kreml administrasiyası proseslərlə barışmaq istəmir. Həmin əraziləri asanlıqla itirmək onun nüfuzuna ciddi zərbə kimi qiymətləndirilir. Kreml hesab edir ki, əgər bu hal baş verərsə, Rusiya daxilində vəziyyət kəskinləşəcək, mərkəzdənqaçma meyilləri güclənəcək. Amma Moskva bu əraziləri təhvil versə də, ona qarşı tətbiq olunan sanksiyalar dayanmayacaq. Ən azı 15-20 il müddətində davam edəcək”.

Politoloqun fikrincə, Rusiya mövcud vəziyyəti uzatmaq üçün bu təxribatlara əl atır:

“ Polşa NATO ölkəsidir. NATO Nizamnaməsinə görə, hər hansı bir üzvə qarşı tətbiq edilən aqressiya ümumilikdə Alyansa tətbiq edilmiş sayılır. Polşada baş verən hücumların Rusiya tərəfindən həyata keçirildiyi dəqiqləşdirilərsə, NATO bununla bağlı ciddi tədbir görməli olacaq.  Bu isə o deməkdir ki, gərginlik daha da arta bilər. Rusiyanın raket atması Kreml daxilində baş verən gərginliklərdən də qaynaqlana bilər. Yaxın zamanlarda araşdırmanın nəticəsinə uyğun olaraq Qərb ölkələri Rusiyaya qarşı hansısa tədbir görəcəklər”.

//Safura Bənnayeva, Editor.az