Kreml alman qoşunlarının Litvaya göndərilməsini tənqid edirbackend

Kreml alman qoşunlarının Litvaya göndərilməsini tənqid edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniya hərbi kontingentinin Litvaya gəlməsini şərh edib.

Editor.az xəbər verir ki, o, Rusiyanın bu məsələyə mənfi münasibət bəslədiyini vurğulayıb.

“Bu, gərginliyin artmasının və təhlükə ocaqlarının yaradılmasının davamıdır və bu, bizdən öz təhlükəsizliyimizi təmin etmək üçün tədbirlər görməyi tələb edir”, – Kreml sözçüsü bildirib.

Keçən həftə Almaniya kansleri Olaf Şolts bildirib ki, onun ölkəsi Alyansın Litvada “Genişləndirilmiş İrəli Mövcudluq” missiyası çərçivəsində öz hərbi kontingentini gücləndirməyə hazırdır. Litva ordusunun komandanı Valdemaras Rupşis bildirib ki, 5-6 min nəfərlik alman briqadasının yerləşdirilməsi üçün müvafiq infrastruktur hazırlanmalıdır. Litvanın baş naziri İnqrida Simonyte bəyan edib ki, Almaniyadan briqada qəbul etməyə hazırlaşmaq üçün təxminən üç il lazım olacaq.

//Gülnarə Abasova, Editor.az