Kreml antiRusiya sanksiyalarının bumeranq effekti ilə bağlı xəbərdarlıq edirbackend

Kreml antiRusiya sanksiyalarının bumeranq effekti ilə bağlı xəbərdarlıq edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyaya qarşı sanksiyaların bumeranq effekti artıq bir çoxlarına aydındır.

Editor.az “RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi brifinq zamanı bildirib.

“Rusiyanın xaricdəki aktivlərinin ələ keçirilməsi qanunsuzdur, ciddi zərərli nəticələrə səbəb olacaq və qlobal iqtisadiyyata yeni zərbə olacaq. Rusiyanın xarici hərəkətlərə cavab olaraq ələ keçirilə biləcək aktivlərinin siyahısı var”,- deyə bildirilib.

Dekabrın 13-də Peskov bəyan edib ki, Rusiya dünyada ona qarşı tətbiq edilən bu cür güclü sanksiyaların öhdəsindən gələ biləcək yeganə ölkədir. Dekabrın ortalarında Rusiyaya qarşı 12-ci sanksiya paketi tətbiq edildikdən sonra Peskov bildirib ki, Rusiya hakimiyyəti, eləcə də yerli şirkətlər rus almazlarına məhdudiyyətlər qoymağa hazırlaşır. Belə tədbirlərin tətbiqinin mümkünlüyü bir neçə aydır ki, məlumdur.

//Gülnarə Abasova, Editor.az