Kreml Argentinanın BRİKS-ə qoşulmaqdan imtina etməsinə reaksiya veribbackend

Kreml Argentinanın BRİKS-ə qoşulmaqdan imtina etməsinə reaksiya verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Argentinanın BRİKS-ə qoşulmamaq qərarına hörmət edir. Editor.az xəbər verir ki, bunu açıqlamasında Rusiya Federasiyasının vitse-prezidenti Yuri Uşakov deyib. “Argentinanın yeni administrasiyası bu gün ölkəsini BRİKS-də görmədiyini açıqladı. Bu, Argentina hakimiyyətinin seçimi idi və əlbəttə ki, buna hörmət edilməlidir. Lakin siyasi və iqtisadi çəkisi baxımından bu dövlət bizim assosiasiyaya qoşulmağa mütləq layiqdir”, – deyə Uşakov bildirib.

Fevralın 15-də Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Buenos-Ayresin ittifaqa üzv olmaqdan imtina etməsinə baxmayaraq Argentinaya BRİKS-ə qoşulmaq üçün dəvətin qüvvədə olduğunu bildirib. Dekabrın sonunda Argentina qoşulmadan bir neçə gün əvvəl BRİKS-dən ayrılıb. Bunun ardınca Argentina Konqresində müxalifətdən olan 15 deputatdan ibarət qrup prezident Xavyer Mayli hökumətindən ölkənin BRİKS qrupunda iştirakını rədd etmək qərarını əsaslandırmağı tələb edib.

//Gülnarə Abasova, Editor.az