Kreml Avstriyanın rus diplomatlarını ölkədən çıxarmaq qərarını şərh edibbackend

Kreml Avstriyanın rus diplomatlarını ölkədən çıxarmaq qərarını şərh edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamada Avstriyanın iki rus diplomatının ölkədən qovulması ilə bağlı qərarını şərh edib.

Editor.az bu barədə Rusiya mətbuatına istinadla xəbər verir.

Rusiya Avstriyanın Rusiya Federasiyası diplomatlarını ölkədən çıxarmaq qərarını pisləyib və bunu əsassız adlandırıb. Müvafiq bəyanat Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub. Onlar cavab tədbirlərinin görüləcəyini qeyd ediblər.

Qeyd edək ki, martın 13-də diplomatların Vyanadan qovulduğu məlum olub. Avstriya Xarici İşlər Nazirliyinin elan etdiyi kimi, Rusiya səfirliyinin iki əməkdaşı “diplomatik statuslarına uyğun gəlməyən” hərəkətlərə görə “arzuolunmaz şəxslər” elan edilib.

//Gülnarə Abasova, Editor.az