Kreml Baydenin yeni dünya düzəni ilə bağlı açıqlamasına münasibət bildiribbackend

Kreml Baydenin yeni dünya düzəni ilə bağlı açıqlamasına münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı deyib ki, Moskva ABŞ-ın yeni dünya düzəni yarada biləcəyi ilə bağlı Vaşinqtonun fikrini bölüşmür.

Editor.az-ın rus mətbuatına istinadla verdiyi məlumata görə, Peskov bəyan edib ki, Kreml ABŞ prezidenti Co Baydenin dünya nizamının öz iradəsini tətbiq etmək cəhdlərindən uzaq, fərqli təşkilati prinsiplərə ehtiyacı olması ilə razıdır.

Bundan əvvəl politoloq Yuri Svetov Baydenin rusiyalı həmkarı Vladimir Putinlə bağlı fikirlərini şərh edib. Politoloq vurğulayıb ki, Co Bayden təcrübəli siyasətçidir və nə isə deyirsə, bunu niyə etdiyini bilir.

//Gülnarə Abasova, Editor.az