Kreml Co Baydenin Vladimir Putin haqqındakı təhqiramiz sözlərinə reaksiya verdibackend

Kreml Co Baydenin Vladimir Putin haqqındakı təhqiramiz sözlərinə reaksiya verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putini “dəli” adlandıran ABŞ prezidenti Co Baydenin açıqlamasını biabırçılıq adlandırıb. Peskovun fikrincə, “belə biabırçı bəyanatlar” çətin ki, dövlət başçısını incitsin.

“Amma bu, ölkənin özü üçün çox böyük biabırçılıqdır. Mən Amerika Birləşmiş Ştatlarını nəzərdə tuturam. Yəni belə bir ölkənin prezidenti belə bir dil işlədirsə, ayıb olmalıdır. Aydındır ki, cənab Bayden daxili siyasi maraqlar naminə Hollivud kovboyu üslubunda davranış nümayiş etdirir.

O, bunu çox istəyir”, – Kremlin sözçüsü bildirib. Peskov deyib ki, o, Co Baydenin köməkçilərinə seçim etməyi və Vladimir Putindən Amerika prezidenti haqqında “ən azı bir təhqiredici bəyanat tapmağı” məsləhət görəcək.

Qeyd edək ki, Co Bayden fevralın 21-də seçki kampaniyası zamanı ABŞ-a hipotetik nüvə təhlükəsi kontekstində Rusiya prezidentini təhqir edib.

//Samir Qurbanov, Editor.az