Kreml: “Diplomatik kanallarla Azərbaycanda saxlanılan rusiyalıların maraqlarını müdafiə edəcəyik”backend

Kreml: “Diplomatik kanallarla Azərbaycanda saxlanılan rusiyalıların maraqlarını müdafiə edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskva diplomatik kanallar vasitəsilə Azərbaycanda saxlanılan vətəndaşlarının qanuni maraqlarını müdafiə edəcək və bunun üçün bütün mümkün vasitələrdən istifadə edəcək”.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

D.Peskov bildirib ki, ötən gün Kremldə Azərbaycanda saxlanılan Rusiya vətəndaşlarının görüntülərini diqqətlə izləyiblər.

O vurğulayıb ki, Rusiya hakimiyyəti diplomatik kanallar vasitəsilə vətəndaşlarının qanuni mənafelərini qoruyacaq və bunun üçün bütün mümkün vasitələrdən istifadə edəcək.