Kreml: Diplomatların ölkədən çıxarılması Qərblə diplomatik əlaqələrin kəsilməsinə səbəb ola bilərbackend

Kreml: Diplomatların ölkədən çıxarılması Qərblə diplomatik əlaqələrin kəsilməsinə səbəb ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus diplomatlarının deportasiyasının davam etdirilməsi Qərb ölkələri ilə diplomatik münasibətlərin pozulmasına gətirib çıxara bilər.

Editor.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitriy Peskov Fransanın LCI televiziyasına müsahibəsində deyib.

“Bəli, diplomatlarımızın ölkədən çıxarılması davam edərsə, diplomatik əlaqələrimiz sonlanacaq. Belə bir risk var, çünki hər gün bu cür düşmənçilik münasibətləri ilə qarşılaşırıq.Diplomatların ölkədən çıxarılması diplomatik münasibətlər pəncərəsini bağlayan qərardır”,- o cavab verib.

Peskov həmçinin, xüsusilə indiki şəraitdə diplomatik münasibətlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

//Gülnarə Abasova, Editor.az