Kreml dünya ölkələrini Rusiyanın Şimali Koreya ilə dostluğuna qarışmamağa çağırırbackend

Kreml dünya ölkələrini Rusiyanın Şimali Koreya ilə dostluğuna qarışmamağa çağırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Şimali Koreya ilə dostluq münasibətlərinin inkişafının qarşısını almaq olmaz. Bu varianta dünyanın digər dövlətləri, o cümlədən qərb ölkələri də etiraz etməməlidir”.

Editor.az rus mətbuatına istinadla xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə Moskvanın Şimali Koreya ilə təmasları bərpa etmək planlarından danışarkən deyib.

“Şimali Koreya bizim qonşumuzdur, ikitərəfli əlaqələri inkişaf etdirdiyimiz dost ölkədir. Biz bunu davam etdirəcəyik”, – deyə o bildirib və Rusiyanın Şimali Koreya ilə münasibətlərdə hansı siyasət yürütdüyü sualına cavab verib. Eyni zamanda, Kreml nümayəndəsi Moskva ilə Pxenyan arasında münasibətlərin yaxşılaşdırılması potensialının “çox dərin” olduğuna əmin edib. Daha sonra Peskovdan digər ölkələrin iki dövlətin dostluğundan narahat olub-olmaması barədə açıqlama istənilib. “Qonşularımızla yaxşı münasibətlər qurmaq bizim haqqımızdır. Bu, heç bir narahatlığa səbəb olmamalıdır və şübhəsiz ki, heç kim tərəfindən müzakirə edilməməlidir”, – Rusiya liderinin mətbuat katibi yekunlaşdırıb.

Qeyd edək ki, Rusiya və Şimali Koreya Ukraynada hərbi əməliyyatların başlamasından bir müddət sonra ikitərəfli münasibətlərini gücləndirib.

//Gülnarə Abasova, Editor.az