Talibanla bağlı qərarımızı bir müddət izləmədən sonra verəcəyikbackend

Talibanla bağlı qərarımızı bir müddət izləmədən sonra verəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Peskov Əfqanıstanda idarəni ələ keçirən Talibanı tanıyıb tanımamaqla bağlı qərar vermədiklərini söyləyib.

Editor.az xəbər verir ki, onun sözlərinə görə, Taliban rəhbərliyinin Əfqanıstandakı insanlara və rus diplomatlarına necə davranacağı qərarlarının qəbul edilməsində həlledici rol oynayacaq. Kremlin sözçüsü Dmitriy Peskov mətbuat konfransında Əfqanıstan torpaqlarının çoxunun Taliban tərəfindən alındığını qeyd edib:

“Amma Rusiya hələ də Talibanı tanımayıb. Vəziyyətin necə inkişaf etdiyini çox diqqətlə izləyirik.  Hesab edirik ki, taliblərin asayişi qorumaq üçün atacağı addımları və hər şeydən əvvəl bütün ölkə vətəndaşlarının təhlükəsizliyini çox diqqətlə izləməliyik. Rusiyanın istəyi Əfqanıstanda sülh və sabitlik və bu ölkə xalqının təhlükəsizliyini təmin etməkdir. Əfqanıstanla bağlı ABŞ -la əlaqə quracayıq”.

Peskov qeyd edib ki, Əfqanıstandan qəbul ediləcək mühacirlərin sayına hələ qərar verilməyib.

//Gülnarə Abasova, Editor.az