Kreml Ermənistanı “başa düşmür”backend

Kreml Ermənistanı “başa düşmür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin KTMT-yə üzvlüyünün “dondurulması” ilə bağlı bəyanatına aydınlıq gətirmək üçün təmasları davam etdirir.

Editor.az bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib. O, bildirib ki, Moskva Ermənistanın KTMT ilə bağlı mövqeyini hələ də başa düşmür. Mətbuat katibi xatırladıb ki, sənədin mətnində üzvlüyün de-yure “dondurulması” rejimi mövcud deyil.

“Erməni tərəfdaşlarımızla kifayət qədər sıx təmaslarımız var. Təbii ki, biz bunu aydınlaşdıracağıq. Əlaqə saxlayacağıq, öyrənəcəyik”, – Dmitri Peskov bildirib.

Bundan əvvəl Paşinyan “France 24” telekanalına müsahibəsində Ermənistanın KTMT çərçivəsində fəaliyyətini İrəvanın nöqteyi-nəzərindən razılaşmanın yerinə yetirilməməsi səbəbindən dayandırdığını bildirmişdi. O, qeyd etmişdi ki, Rusiya Ermənistan dövləti əleyhinə təbliğatla məşğuldur və Ermənistan vətəndaşlarını ölkədə hakimiyyəti devirməyə çağırıb.

//Samir Qurbanov, Editor.az