Kreml Hizbullah lideri Nəsrullahın öldürülməsini pisləyibbackend

Kreml Hizbullah lideri Nəsrullahın öldürülməsini pisləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Dmitri Peskov İsrailin Livanın paytaxtı Beyruta hücumunu və Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsini pislədiklərini vurğulayıb.

Editor.az xəbər verir ki, bu barədə Peskov mətbuat konfransında deyib. İsrailin Hizbullahın Beyrutdakı qərargahını hədəf alan hücumu ilə bağlı o deyib: “Rusiya Hizbullah lideri Həsən Nəsrullahın İsrailin hava hücumunda öldürülməsini pisləyir”.

Peskov həmçinin xəbərdarlıq edib ki, Livanda yaşayış məntəqələrinin bombalanması Qəzzada olduğu kimi humanitar fəlakətə gətirib çıxaracaq. Nəsrullahın öldürülməsinin bölgədə ciddi qeyri-sabitliyə səbəb olacağını qeyd edən Peskov Livanda yaşayış məntəqələrinin bombalanmasının ağır itkilərə səbəb olduğunu və Qəzzada olduğu kimi humanitar fəlakətə səbəb olacağını da qeyd edib.

//Gülnarə Abasova, Editor.az