İsrail və Livan arasında münaqişənin gərginləşməsi Yaxın Şərqdə tam sabitliyin pozulmasına gətirib çıxara bilər ki, bu da Rusiya rəhbərliyində böyük narahatlıq yaradacaq.
Editor.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin nümayəndəsi Dmitri Peskov növbəti brifinq zamanı deyib.
“Bu, regionda qeyri-sabitliyə gətirib çıxaran çox təhlükəli hadisədir. Təbii ki, bu məsələ bizdə hədsiz dərəcədə narahatlıq yaradır”, – Kreml sözçüsü bildirib. O əlavə edib ki, indiki vəziyyətdə böhranın həlli üçün hər hansı imkandan danışmaq çox çətindir. Peskovun sözlərinə görə, indi sülhə gedən yol mahiyyətcə ölkələrdən birinin inhisarındadır.Ona görə də münaqişənin həllində hələ də irəliləyiş yoxdur”,- deyə dövlət başçısının nümayəndəsi açıqlayıb.
Sentyabrın 24-nə keçən gecə İsrail əsgərləri Livandakı Hizbullah hədəflərinə 1300 raket zərbəsi endirib. Yəhudi dövlət ordusunun sözçüsü Daniel Haqarinin sözlərinə görə, hücumların hədəfi pilotsuz uçuş aparatları və 200 km-ə qədər uçuş məsafəsinə malik raketlərin olduğu anbarlar olub. Bunun ardınca Hizbullah üzvləri İsrailin şimalına cavab hücumu həyata keçirib. Xüsusilə də hərəkatın döyüşçüləri “Fadi-1” və “Fadi-2” raketlərindən istifadə edərək Megiddo hərbi hava limanına hücum ediblər.
//Gülnarə Abasova, Editor.az