Editor.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir ki, Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukraynada olub-olmaması ilə bağlı məlumat yoxdur. Bu barədə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Peskovun sözlərinə görə, “O (Kadırov), mənim fikrimcə, birbaşa Ukraynada olduğunu iddia etməyib. Ona görə sizdən xahiş edirəm ki, Kadırovun Çeçenistandakı administrasiyası ilə əlaqə saxlayın”. Bundan əvvəl Ramzan Kadırov sosial şəbəkələrdə Kiyev yaxınlığındakı Qostomeldə olduğunu deyir və tezliklə paytaxta girəcəkləri ilə bağlı hədə dolu video paylaşmışdı.
Editor.az

