Kreml: Kiyevlə gələcək danışıqların qrafiki hələ bəlli deyilbackend

Kreml: Kiyevlə gələcək danışıqların qrafiki hələ bəlli deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremlin sözçüsü Peskov yaxın vaxtlarda Ukrayna tərəfi ilə heç bir danışıqların planlaşdırılmadığını, lakin danışıqların üçüncü raundunun tarixinin yaxın günlərdə dəqiqləşdiriləcəyini bildirib.

Editor.az xəbər verir ki, Peskov bu barədə iyunun 26-27-də Minskdə keçirilən Avrasiya İqtisadi Forumunda Ukrayna ilə danışıqlar prosesi ilə bağlı suala belə cavab verib.
“Yaxın gələcəkdə heç bir danışıqlar yoxdur. Danışıqların üçüncü raundunu gözləyirik. Ümid edirik ki, bu raundun tarixi yaxın bir neçə gündə bəlli olacaq”,- deyə o bildirib.

Jurnalistin Ukrayna ilə bağlı danışıqlar prosesinin sürətləndirilməsinin nədən asılı olduğunu soruşduqda Peskov deyib: “Bu, əsasən Kiyev rejiminin mövqeyindən asılıdır. Bu, həm də Vaşinqtonun vasitəçilik səylərinin nə dərəcədə effektiv davam etdiriləcəyindən asılıdır. Rusiyanın mövqeyi hamıya məlumdur. Bundan əlavə, biz yerdəki real vəziyyəti nəzərdən qaçıra bilmərik. Lakin hər şey digər tərəfdən asılı olacaq.

//Gülnarə Abasova, Editor.az